İspaniya

Yamal haqda danışdı: “Çempionlar heç vaxt dincəlmir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik vinger Lamin Yamal haqqında təəssüratlarını bölüşüb.

Aut.az xəbər verir ki, almaniyalı mütəxəssis 17 yaşlı kataloniyalı futbolçu barədə bu sözləri deyib:

“Düşünürəm ki, Lamin çox yüksək səviyyədə oynayır. Lakin onun yaşında hələ də oyununu təkmilləşdirmək mümkündür. Çempionlar heç vaxt dincəlmir. Düşünürəm ki, böyük çempion olmaq istəyirsə, bu ona verə biləcəyim böyük məsləhətdir”.

Hansi Flik 2024-cü il iyulun 1-dən “Barselona”ya rəhbərlik edir. Alman çalışdırıcının rəhbərliyi altında La Liqada 4 oyun keçirən kataloniyalılar bütün oyunlarda qalib gəlib.

2023/24 mövsümündə Yamal La Liqada “Barselona”nın heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az