Dünya futbolu

Hakimi PSJ-dəki gələcəyi necə olacaq?

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Fransa klubunda qalmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Mənbənin qeyd etdiyi kimi, tərəflər sazişin müddətinin uzadılması üçün danışıqlar aparır. Hazırda müzakirələr müsbət məcrada davam edir . 25 yaşlı oyunçunun parislilərlə hazırkı sözləşməsinin müddəti 2026-cı ilin iyun ayına qədərdir.

Hakimi 2021-ci ildən PSJ-də çıxış edir. Mərakeşli müdafiəçi komandanın heyətində bütün yarışlarda 123 oyun keçirib, 15 qol vurub, 20 məhsuldar ötürmə edib.

Qeyd eədk ki, futbolçu daha əvvəl “Real”, “Borussia Dortmund” və “İnter” kimi klublarda çıxış edib.

Aut.az