WADA Sinnerin dopinq işi ilə bağlı qərar verdi
Ümumdünya Antidopinq Agentliyi (WADA) dünyanın bir nömrəsi Yannik Sinnerlə bağlı Beynəlxalq Tennis Dürüstlüyü Agentliyinin (ITIA) qərarından şikayət verməkdən imtina edib.
Aut.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.
ITIA bu ilin martında “Indian Wells” Masters turnirində italiyalı tennisçinin iki dopinq testinin klostebol üçün müsbət çıxdığını açıqlamışdı. Sinner qadağan olunmuş maddənin bədəninə əlindəki yaranı tərkibində klostebol olan məhsulla müalicə edən zaman keçdiyini sübut edə bilib.
ITIA tennisçinin versiyasını inandırıcı hesab edib və onu cəzalandırmayıb. Beləliklə, WADA Sinnerin təqsirsizliyi ilə razılaşaraq ITIA qərarını dəstəkləyib.
Aut.az
