Tanınmış hakim karyerasını başa vurur
Braziliyalı tennis hakimi Karlos Bernardes bu mövsümün sonunda karyerasını bitirmək qərarına gəlib.
Aut.az xəbər verir ki, təqaüdə çıxdıqdan sonra Bernardes gənc hakimlərə karyeralarında kömək etməyi planlaşdırır. Çünki ATP 2025-ci ildən tam elektron markalanmaya keçir.
Onun tennis hakimi kimi karyerası vətəni Braziliyada başlayıb. 1992-ci ildə Mayamidə keçirilən turnirə dəvət olunduqdan sonra tez bir zamanda beynəlxalq səviyyəyə yüksəlib.
Bernardes “US Open” və “Uimbledon” kimi turnirlərin finallarına, həmçinin ATP Finallarının həlledici matçını idarə etmək şərəfinə nail olub.
Qeyd edək ki, 2021-ci ildə braziliyalı ədalət təmsilçisi Avstraliyada karantin zamanı infarkt keçirib.
