Dünya futbolu

De Bruyne üsyan etdi: Bunu belə etməsən, hər şey bitəcək

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne Millətlər Liqasında Fransaya məğlubiyyətdən (0:2) sonra Belçika millisinin futbolçularının oyunundan narazı olduğunu bildirib.

Aut.az xəbər verir ki, futbolçu bunu VTM-ə açıqlamasında bildirib. O, komanda yoldaşlarını verilən tapşırıqları yerinə yetirməməkdə günahlandırıb:

“Nəyin baş verdiyini deyə bilmərəm, amma fasilədə komandaya sözlərimi dedim. Bunu mətbuatda təkrarlaya bilmərəm. Bütün aspektlərdə təkmilləşdirmələrə ehtiyac var. Əgər biz ən yüksək standarta nail olmaq istəyiriksə və bunda o qədər də yaxşı deyiliksə, o zaman hər şeyimizi verməliyik. Əgər bunu belə etməsən, deməli hər şey bitəcək.

2018-ci ildəki qədər yaxşı olmadığımızı qəbul edə bilərəm. Bunu ilk görənlərdən oldum, amma başqa şeylər qəbuledilməzdir. Dəqiq nə olduğunu deməyəcəm.

Arxada çox oyunçumuz olur. Əgər arxanızda 6 nəfər varsa, o zaman meydanda ünsiyyət itir. Məsələ yenidən qurmaqda deyil, insanların öz tapşırıqlarını yerinə yetirməməsindədir”.

Aut.az