“Real” sabiq futbolçusu ilə bağlı bəyanat yaydı
“Real”in mətbuat xidməti klubun keçmiş yarımmüdafiəçisi İskonu dəstəkləyən bəyanat yayıb.
Aut.az xəbər verir ki, “Betis”də çıxış edən yarımmüdafiəçini sol ayağını sındırdığl üçün əməliyyat olunub. Hadisə ötən mövsüm La Liqanın 36-cı turunun “Las Palmas”la oyununda (2:2) baş verib. Bundan sonra ispaniyalının durumunun ağır olduğu üzə çıxıb.
“Real” və azarkeşlərimiz futbol sahəsində onun sehrindən həzz almağa davam etmək üçün tezliklə sağalacağını ümid etdiyimiz əziz İskoya dəstək və sevgilərini ifadə edir”, – deyə bəyanatda bildirilir.
Aut.az
