Tayson kiminlə döyüşməkdən qorxardı?
Əfsanəvi Mayk Tayson çıxışı onu heyran edən müasir boksçunun adını çəkib.
“Bu gün onun divizionunda olsaydım, David Benavidezlə döyüşməkdən qorxardım.
Hazırda heç kimin ona qarşı şansı yoxdur. Bu faktdır. O, olduqca aşağı qiymətləndirilib”, – Tayson ESNEWS-ə müsahibəsində deyib.
27 yaşlı Benavidez 29-0, nokautla 24 qələbə qazanıb. O, son döyüşündə ukraynalı Aleksandr Qvozdıkı məğlub edərək orat ağır çəkidə müvəqqəti WBC çempionu kəmərini qazanıb.
Aut.az
