“Qalatasaray”a keçidini belə şərh etdi: Bu klubun azarkeşləri üçün…
Nigeriyalı hücumçu Viktor Osimhen İtaliyanın “Napoli” klubundan Türkiyə “Qalatasaray”ına keçməsinə münasibət bildirib. Xatırladaq ki, futbolçu 1 mövsüm müddətinə pulsuz icarə əsasında komandaya qoşulub.
“Qalatasaray ailəsinin bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Mən hər şeyimi bu kluba vermək və belə heyrətamiz komanda və azarkeşlərlə bu yeni səyahətdən maksimum yararlanmaq üçün səbirsizlənirəm. Mən bu klubun azarkeşləri üçün unudulmaz xatirələr yaratmağa hazıram”, – jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkəsində Osimhenin sözlərini sitat gətirib.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.
Aut.az
