İtaliya

“Böyük futbolçu geri döndü”

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti milliyə qayıdan yarımmüdafiəçi Sandro Tonalinin oyun səviyyəsindən danışıb.

Aut.az xəbər verir ki, təcrübəli mütəxəssis bu sözləri deyib:

“Deyə bilərik ki, nəhayət, adı Sandro Tonali olan böyük bir oyunçumuz var. Nəhayət geri döndü. O, fantastik idi, buna heç bir şübhəmiz yoxdur”.

Qeyd edək ki, UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun 1-ci turunun Fransa ilə matçında Tonali Federiko Dimarkoya qol ötürməsi edib. Tonali futbolun mərc ilə bağlı qaydalarını pozduğuna görə 10 aylıq diskvalifikasiya edilmişdi.

Aut.az