İspaniya Vinisiusa qarşı: Daxili işlər nazirindən də reaksiya gəldi
İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska ” Real Madrid”in hücumçusu Vinisius Juniorun ölkədə irqçiliklə bağlı vəziyyət dəyişməsə, İspaniyanın 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyindən məhrum edilməlidir fikrinə reaksiya verib.
“Müxtəlifliyə hörmət etmək bizim DNT-mizin bir hissəsidir. Biz istənilən ayrı-seçkiliyə qarşı effektiv və birbaşa mübarizə aparırıq. Bu, İspaniya hökumətinin və Daxili İşlər Nazirliyinin prioritetlərindən biridir”, – Fransanın “RMC Sport” internet nəşri Fernando Qrande-Marlaskinin sözlərini sitat gətirib.
2030-cu ildə dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Həmçinin, Uruqvay, Argentina və Paraqvayda turnirin bir açılış matçının keçirilməsi planlaşdırılır.
Aut.az
