Vinisiusdan üzrxahlıq tələb etdi: O demək deyil ki, sən bizi sındıracaqsan…
Madrid şəhərinin meri Xose Luis Martinez-Almeyda “Real”ın hücumçusu Vinisius Juniordan İspaniyanın 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilməsi ilə bağlı fikirlərini geri götürməsini istəyib.
Aut.az xəbər verir ki, şəhər rəsmisi braziliyalı futbolçudan üzrxahlıq da tələb edib:
“Biz hamımız bilirik ki, cəmiyyətdə irqçilik var və biz bunu aradan qaldırmaq üçün çox çalışmalıyıq. Amma İspaniyaya və xüsusilə Madridə qarşı bizim irqçi cəmiyyətimiz olduğunu söyləmək, üstəlik, 2030-cu il dünya çempionatını təhlükə altına atmaq son dərəcə ədalətsizlikdir. Sizdən xahiş edirəm ifadənizi düzəldəsiniz. Həm də üzr istəməlisiz. Bilin ki, irqçi bir hadisə baş verəndə hamımız sizin tərəfinizdə olacağıq. Amma irqçiyik dediyiniz zaman sizin tərəfinizdə olmayacağıq. Çünki doğru deyil. Səhv edəndə onu düzəltməlisən.
Möhtəşəm futbolçu olmaq o demək deyil ki, sən bizi sındıracaqsan. O, bu dəfə pis obrazdadır. İrqçiliyə qarşı mübarizədə ispan cəmiyyətinin böyük əksəriyyətinin onun tərəfindədir. Lakin onun bizi – bütün ispanları irqçi adlandırmasını qəbul edə bilmərəm”.
Qeyd edək ki, Vinisius İspaniyanın irqçiliklə bağlı problemləri həll etməli olduğunu bildirib. Əks halda dünya çempionatının İspaniyada keçirilməməsinin düzgün olmadığını ifadə edib.
Aut.az
