Xviça qəti qərarını verdi
“Napoli”nin vingeri Xviça Kvaratsxeliya komandası ilə müqaviləsini uzatmağa razılaşıb.
Aut.az xəbər verir ki, bu barədə “İl Mattino” məlumat yayıb.
Mənbənin sözlərinə görə, gürcü futbolçu neapolluların 2029-cu ilə qədər yeni müqavilə təklifini daha 1 il uzatmaq variantı ilə qəbul edib.
Yeni müqaviləyə əsasən, 23 yaşlı futbolçu bonuslarla birlikdə ildə 5 milyon avroya qədər qazana biləcək. Sözləşmədə təzminat məbləği yer almayıb.
Qeyd edək ki, yeni mövsümdə Xviça “Napoli”nin heyətində bütün yarışlarda 4 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə edib.
