Dünya futbolu

Əvvəvl 59 metrdən qol vurmuşdu, indi isə 70 metrdən vurdu – VİDEO

MLS-in növbəti turunun oyunları çərçivəsində keçirilən “Sinsinati” – “Monreal” matçında (4:1) möhtəşəm qol vurulub.

Aut.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Luka Orelyano 57-ci dəqiqədə meydanın özlərinə aid hissəsindən cərimə zərbəsini dəqiq yerinə yetirib. 24 yaşlı argentinalı birbaşa zərbə ilə rəqib qapısına zərbə endirib.

Qeyd edək ki, bu, Orelyano üçün ilk belə hal deyil. O, iyunun 20-də “Filadelfiya”ya 59 metrdən qol vurub.

 

Orelyanonun “Filadelfiya”ya 59 metrdən vurduğu qol: