Parisdə medal qazanan ilk hamilə qadın: Körpə təpik atmağı dayandırmadı
Britaniyalı oxatan Codi Qrinhem Parisdə keçirilən Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Aut.az xəbər verir ki, Codi Oyunlara 7 aylıq hamilə ikən gəlib. “Metro”nun məlumatına görə, o, Paralimpiya Oyunlarında medal qazanan ilk hamilə idmançı (bunu açıq elan edən) olub.
“Körpə təpik atmağı dayandırmadı. Sanki məndən soruşdu: “Nə baş verir? Niyə belə ucadan danışırsan, ana, nə edirsən?” Ancaq bu, qarnımda oturan dəstəyin gözəl bir xatırlatması idi.
Mən özümlə çox fəxr edirəm, çətinliklərim olub və asan olmayıb. Amma nə qədər ki, mən sağlam idim və körpə sağlam idi, yarışa biləcəyimi bilirdim.
Bilirdim ki, bacardığım qədər yaxşı atəş açsam, medalçı olacam”, – deyə idmançı sosial şəbəkədə yazıb.
Aut.az
