Digər

Keçmiş işçiləri “Buzovna İdman Zalı”nı məhkəməyə verdi

“Buzovna İdman Zalı” MMC məhkəməyə verilib. 

Aut.az xəbər verir ki, Nəcəfov Faiq Sultan oğlu və Nəcəfov Faiq Soltan oğlu MMC barəsində Xəzər Rayon Məhkəməsində iddia qaldırıb.

İddia hakim Emin Rüstəmovun icraatındadır.

İddiaçılar uzaqlaşdırıldıqları işə bərpa olunmalarını tələb edirlər.

“Buzovna İdman Zalı” MMC 2018-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 2 milyon 558 min 868 manatdır. Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi Kərimov Elşad Sürəddin oğludur. Ondan əvvəl idman qurğusunun qanuni təmsilçisi Əliyev Cəfər Tofiq oğlu olub.