Görün ərəblərin hansı təklifini rədd edib
İngilis vinger Rahim Sterlinq “Arsenal”a keçmək üçün Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib.
Aut.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Yaxın Şərqin adı açıqlanmayan klubu 29 yaşlı futbolçuya həftəlik 650 min ingilis funt sterlinq maaşla müqavilə təklif etsə də, Rahim İngiltərə Premyer Liqasında qalmağa qərar verib. .
2023/24 mövsümündə Rahim Sterlinq “Çelsi”nin heyətində 43 oyuna çıxıb, 10 qol və 8 məhsuldar ötürmə edib. Lakin yeni baş məşqçi Enzo Mareskaya lazım olmadığı üçün bu mövsümü icarə əsasında “Arsenal”da keçirəcək.
Aut.az
