Səmədov Əliyev haqqında danışdı: Başında nəsə problem var
Moskva “Spartak”ının keçmiş cinah oyunçusu Aleksandr Səmədov Kurskda rusları öldürməyə çağırış edən və Rusiya Federasiyası tərəfindən axtarışa verilən ukraynalı futbolçu Aleksandr Əliyev haqqında danışıb.
“Əliyev perspektivli futbolçu idi və uzun müddət Rusiyada oynayıb. Amma indi onun başında nəsə problem var. Burada şərh ediləcək heç nə yoxdur”, – Səmədovun sözlərini “360.ru” telekanalı sitat gətirib.
Xatırladaq ki, Əliyev 2010-2011-ci illərdə “Lokomotiv”də çıxış edib. 2011-ci ilin martında Aleksandr Kiyev “Dinamo”suna qayıdıb. 2015-ci ildə yarımmüdafiəçi “Anji”nin futbolçusu olub, bir il sonra ukraynalı klubu tərk edib. Kiyev “Dinamo”sunun tərkibində Aleksandr Əliyev iki dəfə Ukrayna çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb.
Aut.az
