Kroos “Barsa”nın “fatihə”sini verdi: Mövsümün sonunda…
“Real Madrid”in sabiq yarımmüdafiəçisi Toni Kroos bu mövsümün sonunda İspaniya Primerasında hansı komandanın çempion olacağı ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, bu barədə AS “Einfach mal Luppen” podkastına istinadən Krosdan sitat gətirib.
“Əlbəttə, “Real” çempion olacaq, buna heç bir şübhə yoxdur. Lakin ikinci yer uğrunda yarışda “Atletiko” “Barselona”nı qabaqlayacaq”, – Kroos bildirib.
İspaniya çempionatının üç oyunundan sonra Kataloniya klubu 9 xal toplayıb və hazırda birinci yerdədir.
Ötən mövsümün sonunda “Real” İspaniya çempionu olub, “Barselona” ikinci yeri tutub.
Aut.az
