Ərəblər ona rəsmi təklif göndərdi: 4 ilə bu qədər maaş verirlər
“Napoli”nin hücumçusu Viktor Osimhen Səudiyyə Ərəbistanının “Əl Əhli” klubundan rəsmi transfer təklifi alıb.
Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
“Əl Əhli” Osimhenə 120 milyon avro dəyərində 4 illik müqavilə təklif edib. Forvard isə Avropada qalmağı planlaşdırır. O, və komandası hazırda “Çelsi” ilə fəal danışıqlar aparır. Neapollular ingilislərlə razılığa gəlməyəcəklər Səudiyyə variantı nəzərdən keçiriləcək.
Qeyd edək ki, PSJ də nigeriyalı futbolçu ilə maraqlanır.
Aut.az
