Zəncirlənmiş pələnglə: Onun transferi açıqlandı – VİDEO
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu İngiltərənin “Liverpul” klubundan braziliyalı yarımmüdafiəçi Fabinyonun transferini rəsmən açıqlayıb.
Aut.az xəbər verir ki, klubun yaydığı videoda guya itlərin Səudiyyə Ərəbistanına girişinə qadağa qoyulması səbəbindən transferin pozulması ilə bağlı şayiələr ələ salınır.
Sonra Fabinyonun özü zəncirdə olan pələng tutaraq kadrda görünür. Bu, simvolika klubun ləqəbinin “pələng” olmasına işarədir.
Qeyri-rəsmi məlumatlara görə, “Liverpul” bu transfer üçün səudiyyəlilərdən 45 milyon avro alıb, yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb və onun maaşı mövsümə görə 25 milyon avro olacaq.
🐅 النمور مسموح لها العبور ⛓#صيفية_العميد pic.twitter.com/v5Dvgz6SgX
— نادي الاتحاد السعودي (@ittihad) July 31, 2023
