Sən mənim anam deyiləsən: Baş məşqçi xanım jurnalistə kobud cavab verdi
“Palmeyras”ın baş məşqçisi Abel Ferreyra xanım jurnalistin komandanın hazırkı durumu ilə bağlı sualını cavablandırmaqdan kobud şəkildə imtina edib.
Aut.az xəbər verir ki, “Futebol Interior” Ferreyranın sözlərindən sitat gətirib.
“Bir şeyi başa düşməlisən, mən yalnız üç qadınla ünsiyyət qura bilərəm: anam, həyat yoldaşım və “Palmeyras”ın prezidenti (Braziliya klubunun prezidenti Leyla Pereyradır – red.).
Yalnız onların mənimlə əlaqə saxlamağa və komandanın niyə uduzduğunu, məşqdə kiminsə ayağını niyə burxulduğunu izah etməyi tələb etmək hüququ var. Onların mənə yaxınlaşıb izahat tələb etmək hüququ olan yeganə şəxslərdir”, –Ferreyra deyib.
Ferreyra 2020-ci ilin noyabrından “Palmeyras”ın baş məşqçisidir.
Aut.az
