Roysa cəmisi 10 dəqiqə bəs etdi ki… – VİDEO
“Los Angeles Qalaksi” MLS müntəzəm çempionatında “Atlanta United”lə qarşılaşıb və qalib gəlib – 2:0,
Aut.az xəbər verir ki, bu oyunda “Los Angeles Qalaksi” yeni transferi Marko Roys debüt edib.
O, 66-cı dəqiqədə meydana çıxıb. Cəmisi 10 dəqiqə sonra isə Riki Puiq fərqlənib. Ona qol ötürməsini Marko Roys verib.
“Qalaksi” üçün bu qələbə liqada 400-cü olub. “Los Anceles” liqa tarixində bu həddə çatan ilk klub olub.
“Qalaksi” həm də adi mövsüm matçlarına 10 milyon tamaşaçının qatıldığı ilk MLS komandasıdır.
Aut.az
