Formula 1

Niderland Qran-Prisinin təsnifat mərhələsində cəza

Niderland Qran Prisinin təsnifat mərhələsindən sonra “Uillyams”ın sürücüsü Aleks Albon diskvalifikasiya edilib.

Aut.az xəbər verir ki, avtomobilin müəyyən elementləri ilə texniki reqlamentlər arasında uyğunsuzluq olduğu üçün Albon təsnifat mərhələsində 8-ci olsa da, bu gün yarışa sonuncu mövqedən başlayacaq. Onun diskvalifikasiyasından sonra Karlos Sayns ilk 10-luğa yüksəlib.

Bundan başqa, “Mercedes”in sürücüsü Lyuis Hemilton da cəzalandırılıb. Britaniyalı 12-ci yeri tutub, amma Serxio Peresin qarşısını kəsdiyinə görə, bu gün yarışa 15-ci yerdən başlayacaq.

Aut.az