37 yaşlı Vardidən unikal göstəricilər
İngiltərə Premyer Liqasının 1-ci turunun “Lester” – “Tottenhem” oyunu (1:1) “tülkülər”in əfsanəvi kapitanı Ceymi Vardi üçün uğurlu olub.
Aut.az xəbər verir ki, 37 yaşlı forvard komandasının bu görüşdən xalla ayrılmasını təmin etməklə yanaşı 2 göstəricidə fərqlənib.
Vurduğu qol futbolçunun Premyer Liqada 30+ yaşında vurduğu 103-cü qol olub. Bu göstəriciyə görə o, öz nəticəsini yaxşılaşdırıb. Eyni zamanda ən yaxın izləyicisi Yan Raytı 10 qol qabaqlayır.
Vardi ümumilikdə Premyer Liqada vurduğu qolların 75%-ni 30 illik yubileyindən sonra vurub ki, o, faiz nisbətində də rekord sahibidir.
Aut.az
