Azərbaycan futbolu

Gəncəlilər futbolçulardan hesabat tələb etdilər, tovuzlular isə dəstək oldular – FOTO

Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən “Kəpəz” – “Turan Tovuz” matçının nəticəsi (0:3)  nominal meydan sahiblərinin fanatlarını narazı salıb.

Aut.az xəbər verir ki, oyundan sonra gəncəli azarkeşlər komandalarını tribunaya çağırıblar. Onlar futbolçulardan uğursuz nəticələrə görə izahat tələb ediblər.

Gəncəli fanatlarından fərqli olaraq tovuzlular ev oyunlarını müvəqqəti olaraq bu şəhərdə keçirən “Kəpəz”ə dəstək olublar.

Qeyd edək ki, Gəncə təmsilçisi 3 turdan sonra sonuncu sırada qərarlaşıb. “Turan Tovuz” isə 3 oyundan sonra 7 xalla liderdir.

Gəncəlilər futbolçulardan hesabat tələb etdilər, tovuzlular isə dəstək oldular – FOTO Gəncəlilər futbolçulardan hesabat tələb etdilər, tovuzlular isə dəstək oldular – FOTO Gəncəlilər futbolçulardan hesabat tələb etdilər, tovuzlular isə dəstək oldular – FOTO Gəncəlilər futbolçulardan hesabat tələb etdilər, tovuzlular isə dəstək oldular – FOTO