Di Mariyadan şok etiraf: Uşaqlıqdan bu günə qədər…
“Benfika”nın və Argentina millisinin cinah oyunçusu Anxel Di Mariya bütün həyatı boyu yuxu dərmanı qəbul etdiyini etiraf edib.
Aut.az xəbər verir ki, “Netflix” sentyabr ayında Di Mariya haqqında sənədli film təqdim edəcək. Burada Lionel Messi, Neymar, Serxio Ramos və başqaları iştirak ediblər.
“Uşaqlıqdan bu günə qədər bir an belə sakit olmamışam. Həmişə yuxu dərmanı alırdım.
İnsanların bilmədiyi və görmədiyi bir çox şey var”, – Di Mariya deyib.
Aut.az
