MY ona görə PSJ-dən görün nə qədər tələb edir
“Mançester Yunayted” hücumçu Ceydon Sançonu 60 milyon avroya PSJ-yə satmağa hazırdır.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabris Hokins məlumat yayıb.
Onun sözlərinə görə, ingilis forvard özü Paris klubuna keçməkdə maraqlıdır.
Ötən mövsüm Sanço “mankunianlar”ın baş məşqçisi Erik ten Haqla münaqişəyə görə əsas komandadan uzaqlaşdırılıb. Mövsümün ikinci yarısında futbolçu icarə əsasında Dortmund “Borussiya”sında çıxış edib.
Aut.az
