Flik onu “Barselona”ya gətirir: Zəng etdi və razılığını aldı
“Hajduk”dan ayrılan yarımmüdafiəçi İvan Perişiç karyerasını “Barselona”da davam etdirəcək.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Xorvatiyalı futbolçu “Hayduk”un baş məşqçisi Cennaro Qattuzo ilə mübahisə edib. Bundan sonra o, müqaviləni pozaraq azad agent statusuna yiyələnib.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik bu vəziyyətdən xəbər tutub və dərhal futbolçuya karyerasını İspaniyada davam etdirmək təklifi ilə şəxsən zəng edib və müsbət cavab alıb.
Xorvatiyalı karyerası ərzində “Tottenhem”, “İnter”, “Bavariya”, “Volfsburq”, “Borussiya Dortmund” və “Brügge”də çıxış edib. “Borussiya” və “Bavariya” ilə Almaniya çempionu olub, “Volfsburq”la ölkə kubokunu qazanıb. “İnter”lə Perişiç çempion oluv və İtaliya kubokunu qazanıb. Xorvatiya millisinin heyətində yarımmüdafiəçi DÇ-2018-in gümüş, DÇ-2022-nin isə bürünc mükafatçısı olub.
Aut.az
