“Arsenal”a yol göstərdi: “Siti”ni qabaqlamaq üçün…
“Liverpul”un keçmiş oyunçusu və hazırda “Sky Sports”un eksperti kimi fəaliyyət göstərən Ceymi Karraqer Premyer Liqanın yeni mövsümündə titul uğrunda mübarizə ilə bağlı gözləntilərini bölüşüb.
Aut.az xəbər verir ki, o, “Arsenal” ilə bağlı xüsusi məqama toxunub:
“Düzünü desəm, mən iddiaçılar arasında yalnız “Arsenal” və “Mançester Siti”ni görürəm. Bilirəm ki, insanlar “Arsenal” haqqında danışır, çünki onlar iki dəfə qalib gəlməyə yaxın olublar və növbəti addımı atmağa həqiqətən hazırdırlar.
Amma mən hələ də Kevin De Bruyne, Erlinq Haaland, Fil Foden və Bernardo Silvaya baxıram və düşünürəm ki, onlar hələ də “Arsenal”ın sahib olduğu futbolçulardan daha yaxşıdırlar.
Fikrimcə, “Arsenal”ın yaxşı bir hücumçusu yoxdur. Onlarda Bukayo Saka kimi istedad var. Lakin onların “Mançester Siti”dən üstün olmaq üçün Kay Haverts, Qabriel Martinelli və Leandro Trossarddan başqa bir çox xüsusi oyunçuya ehtiyacları var”.
Aut.az
