Basketbol

Paris-2024: Ardıcıl 5-ci dəfə bunu bacardılar

ABŞ-ın kişilərdən ibarət komandası Paris Yay Olimpiya Oyunlarının basketbol turnirinin qalibi olub.

Aut.az xəbər verir ki, amerikalılar finalda Fransaya 98:87 hesabı ilə qalib gəlib.  ABŞ komandası 2008-ci ildən bəri ardıcıl 5-ci dəfə Olimpiadanın qalibi olub.

Qeyd edək ki, bürünc medal uğrunda görüşdə Serbiya Almaniyadan güclü olub – 93:83.

Aut.az