İngiltərə

Venger təəssüflənir: Onunla görüşəndə bu xəbərdarlığı etməliydim

 “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger AVRO-2024-dən sonra Qaret Sautqeytdən İngiltərə yığmasının baş məşqçi postunu tərk etməməsini istəmədiyi üçün təəssüfləndiyini bildirib.

“Mən onu Avro-2024-ün finalından dərhal sonra gördüm, lakin ona “Tələsik qərarlar vermə” deməyi unutdum. Belə mühüm finalı uduzanda həmişə düşünürsən ki, qarşıdakı 48 saat ərzində istefa verəcəksən. Peşman olduğum yeganə şey budur. Bundan sonra [Sautqeytin istefasından] sonra İngiltərə komandası bu işi davam etdirə biləcək səriştəli mütəxəssislə müqavilə imzalamalı olacaq”, – deyə Venger “Daily Mail”ə bildirib.

Xatırladaq ki, Sautqeyt 2016-cı ildən İngiltərə millisinin baş məşqçisi vəzifəsində çalışıb. O, iyulun 16-da istefa verib. Avro-2024-ün finalında İngiltərə yığması İspaniyaya 1:2 hesabı ilə uduzub.

Aut.az