Tramp niyə məhz Həbibi sevimli döyüşçüsü adlandırıb?
Amerikalı MMA məşqçisi Xavyer Mendes ABŞ-ın keçmiş prezidenti Donald Trampın Həbib Nurməhəmmədovu özünün sevimli döyüşçüsü adlandırmasına münasibət bildirib.
Aut.az xəbər verir ki, Mendes bu barədə “Red Corner MMA”ya müsahibəsində deyib.
“Mən Trampın bu sözlərini eşitməmişəm. Ancaq təəccüblənmirəm – Donald həmişə Həbib haqqında yüksək danışırdı, həmişə onun sərt döyüşçü olduğunu söyləyirdi. Yeri gəlmişkən, bu təşkilat ilk yarananda Tramp UFC-yə çox kömək etdi. Beləliklə, Donald Tramp MMA fanatıdır və onun Həbibi seçməsinə təəccüblənmirəm, çünki hamımız Həbibi seçirik. Şəxsən mən Həbibi seçirəm”, – Mendes deyib.
Həbib Nurməhəmmədov MMA-da 29 döyüş keçirib və 29 qələbə qazanıb. O, 2020-ci ildə yüngül çəkidə UFC çempionu kimi karyerasını bitirib.
Aut.az
