ŞOK: Arteta cibgirlərlə əlbir oldu: Futbolçularını qarət etdirdi
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandaya hər an hazır və ayıq olmağın vacibliyini göstərmək üçün peşəkar cibgirlərlə əməkdaşlıq edib.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “topçuların” çalışdırıcısı bir dəfə futbolçuları ilə nahar edərkən gizli şəkildə peşəkar cibgirlərdən ibarət komanda ilə əməkdaşlıq edib. İdeya ondan ibarət idi ki, onlar işçilərin ciblərindən telefon və pul kisəsi kimi şəxsi əşyalarını çıxaracaqlar.
Naharın sonunda Mikel Arteta oyunçulardan ciblərini boşaltmağı xahiş edib. Sonra onların çoxu qiymətli əşyalarının oğurlandığını aşkar ediblər. “Arsenal”ın baş məşqçisinin mesajı komandasına bütün şəraitdə diqqətli və ayıq olmağın vacibliyini göstərmək olub.
Tural
