İtaliya

MLS-ə niyə getmişdi, “Milan”a niyə qayıtdı? – İbra sirləri açır

“Milan”ın idman və kommersiya məsələləri üzrə müşaviri Zlatan İbrahimoviç 2018-ci ildə niyə MLS-ə getdiyi və  niyə 2020-ci ilin yanvarında “Milan”a qayıtdığı haqda danışıb.

Aut.az xəbər verir ki, İbranın sözlərini “The Athletic” sitat gətirib.

“Amerikaya köçməyim? Bu, hələ də sağ olub-olmadığımı yoxlamaq istəyi ilə bağlı idi. Və hələ də sağ olduğumu kəşf etdim. Bu da problemə çevrildi. Mən aid olduğum yerə qayıtmalıydım”, – İbrahimoviç deyib.

2018-ci ilin mart ayında 36 yaşında olan Zlatan İbrahimoviç ön çarpaz diz bağındakı zədəni sağaltdıqdan sonra “Mançester Yunayted”dən “Los Anceles Qalaksi”yə keçib.

MLS klubunda hücumçu bütün turnirlərdə 58 oyun keçirib, 53 qol vurub və 15 məhsuldar ötürmə edib.

2020-ci ilin yanvarında İbrahimoviç daha əvvəl 2010-cu ilin avqustundan 2012-ci ilin iyuluna qədər oynadığı “Milan”a qayıdıb.

Aut.az