İtaliya

“Yuve”nin planı: Ukraynalını almaq üçün onu satacaq

Turin “Yuventus”u “Şaxtyor”un və Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakovni almağa tələsir.

Aut.az xəbər verir ki, “Yuventus”un rəhbərlərinin ideyası qışda bəzi oyunçuları satıb pul əldəetməkdir. “Calciomercato”nun məlumatına görə, İtaliya klubu “Tottenhem” və “Marsel”in iddia etdiyi 20 yaşlı ingilis vinger Samuel Ealing-Junioru qışda satmağı planlaşdırır. Onun transfer dəyəri 25-30 milyon avro qiymətləndirilir.

“Yuventus” ingilisin satışından əldə olunan gəliri Georgi Sudakovun alınmasına xərcləməyi planlaşdırır.

21 yaşlı Sudakov bu mövsüm “Şaxtyor”un heyətində 17 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Daha əvvəl onun oyununu “Yuventus”un idman direktorunin şəxsən izlədiyi bildirilirdi.

Aut.az