Dünya futbolu

Suaresin zədəsi haqda: Sizin heç bilmədiyiniz…

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino komandanın hücumçusu Luis Suaresin dizindəki problemlərdən danışıb.

Aut.az xəbər verir ki, “Puebla” ilə Liqa Kubokunda (2:0) 37 yaşlı uruqvaylı qol vurub və 85-ci dəqiqədə Yan Frey ilə əvəzlənib.

“Mən onu əvəz etdim, çünki dizinin iltihablana biləcəyi vəziyyət bizim üçün yeni deyil. Sizin heç bilmədiyiniz başqa hallar da ola bilər. Luis MLS All-Star oyununa getmədiyi üçün indi bunu açıq deməli olduq.

O, həftədən-həftəyə daim dizi üzərində işləyir. Elə günlər olur ki, özünü daha yaxşı hiss edir, elə həftələr olur ki, özünü yaxşı hiss etmir”, – deyə Martino bildirib.

Aut.az