İspaniya

“Real”ın sabiq qapıçısı A seriyası yolunda

“Real” və PSJ klublarının sabiq qapıçısı Keylor Navas İtaliyanın Monza klubu ilə danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində insayder Fabritsio Romano məlumat verib.

Tərəflərin bu günlərdə prosesi sürətləndirdiyi, mövsümün startına qədər keçidi reallaşdırmaq istədiyi bildirilir.

37 yaşlı kosta-rikalının son klubu 2019-cu ildə Madrid təmsilçisindən transfer olunduğu PSJ olub. O, ötən mövsüm “Nottingem Forest”d icarə əsasında çıxış edib.

Aut.az