Digər

Hidayətin rəqibləri arasında qalmaqal: Əlcəzairli israilli ilə…

Əlcəzairli cüdoçu Paris Olimpiadasında israilli rəqibi ilə döyüş ərəfəsində çəkiölçmə mərasiminə gəlmədiyinə görə diskvalifikasiya edilib.

Aut.az xəbər verir ki, bu barədə BBC Sport məlumat yayıb.

Bu gün 22 yaşlı Messaud Reduan Dris 73 kq çəki dərəcəsində Tohar Butbul ilə görüşməli idi. Lakin yarışdan əvvəl Dris 73 kq limitini keçdiyini bildirib və buna görə yarışdan kənarlaşdırılıb. Oyunların təşkilatçıları onun diskvalifikasiyasını təsdiqləyərək, Butbulu növbəti mərhələyə buraxıblar.

Əlcəzair Cüdo Federasiyası və Milli Olimpiya Komitəsi hadisəyə hələlik heç bir şərh verməyib. Maraqlıdır ki, İsrail Olimpiya Komitəsi Drisin yarışda iştirak etməməsinin qəsdən olduğunu bildirib və əlcəzairlini kəskin tənqid edib.

“İsrail nümayəndə heyəti olimpiya dəyərlərini rəhbər tutaraq yarışmağa davam edəcək. İnanırıq ki, bu cür davranışın idman dünyasında yeri yoxdur”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Tohar Butbul 1/8 final görüşündə Azərbaycan təmsilçisi Hidayət Heydərovla qarşılaşacaq.