İspaniya

Mbappe “Real”ın hədiyyə etdiyi elektromobili sürə bilməyəcək: Bu səbəbdən

“Real”ın yeni futbolçusu Kilian Mbappeyə sponsoru BMW markasına məxsus olan elektromobilin hədiyyə edib.

Aut.az xəbər verir ki, avtomobil sensor panel, masaj, havalandırma, isitmə və çoxlu sayda rahatlıq funksiyalarına malikdir:

“Marca”nın məlumatına görə, futbolçu elektromobili sürə bilməyəcək. Buna səbəb onun sürücülük vəsiqəsi olmamasıdır. O, komandanın məşqlərinə bu maşında gəlməlidir. Ancaq yalnız sərnişin kimi bunu edə biləcək.

Qeyd edək ki, Madrid klubu Mbappenin transferini iyunun 3-də elan edib. Futbolçu klub ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Aut.az