Bax Koreya prezidentindən üzr istədi
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Paris Olimpiadasının açılış mərasimində baş verən hadisəyə görə Cənubi Koreya prezidenti Yoon Seok-yeoldan üzr istəyib.
Qeyd edək ki, idmançıların paradı zamanı Cənubi Koreya Şimali Koreya kimi təqdim edilib.
“BOK prezidenti Tomas Bax Koreya Respublikasının prezidenti ilə danışıb. BOK prezidenti telefon danışığında Olimpiya Oyunlarının açılış mərasiminin audio yayımında yol verilmiş, Koreya Respublikası Milli Olimpiya Komitəsinin komandasının düzgün təqdim edilmədiyi səhvə görə səmimi şəkildə üzr istəyib.
Problem insan səhvi kimi tanınıb və BOK buna görə dərindən üzr istəyir”, – BOK-un bəyanatında deyilir.
YTN telekanalının məlumatına görə, Cənubi Koreya lideri gələcəkdə belə səhvlərə yol verməməyi xahiş edib.
Aut.az
