İngiltərəİspaniya

Qərarını verdi: “Liverpul”, yoxsa “Real”?

“Liverpul”un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold klubda qalmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə İngiltərənin “The Mirror” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçu “qırmızılar”ın yeni baş məşqçisi Arne Slottun rəhbərliyi altında oynamağı səbirsizliklə gözləyir.

İddia edilir ki, “Real” ingilis müdafiəçi ilə maraqlanır. Lakin Trentin doğma klubunu tərk etməkdə maraqlı olmadığı görünür.

Qeyd edək ki, 2023/24 mövsümündə Trent Aleksander-Arnold klub səviyyəsində 37 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə edib. “Transfermarkt” onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Aut.az