İraqlı futbolçu A seriyası klubunda – FOTO
İtaliya A Seriyasının yeni komandası “Komo” 20 yaşlı iraqlı cinah oyunçusu Əli Casimin transferini rəsmən açıqlayıb.
Aut.az xəbər verir ki, müqavilə üç il müddətinə, 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Casim azad agent kimi “Komo”ya keçdi. Onun “Əl-Kəhbraa” ilə müqaviləsi başa çatıb, o, ötən mövsümü icarə əsasında “Əl-Quva”da keçirib, Asiya Çempionlar Liqasında 5 oyunda 4 qol vurub.
Casim hazırda Parisdə keçirilən Olimpiadada İraq millisinin heyətində çıxış edir. O, Ukrayna millisi ilə görüşdə (İraq 2:1 hesabı i8lə qalib gəlib) qol vurub.

Aut.az
