Görün xidmətini hansı kluba təklif etdi
“Mançester Yunayted”in və İspaniya millisinin keçmiş qapıçısı David de Xea “Genoa”ya xidmətini təklif edib.
Aut.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Bu yay “Cenoa” əsas qapıçısını itirib – Xosep Martines “İnter”ə keçib. İndi klub rəhbərliyi gedən qapıçıya əvəzləyici axtarır.
Baş məşqçi Alberto Cilardino ayaqla yaxşı oynayan qapıçı axtarır ki, bu da De Xeanın güclü tərəfi deyil.
De Xea 2023-cü ilin yayından, “Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra klubsuzdu.
Aut.az
