Paris Olimpiadasında ilk dünya rekordu
Cənubi Koreyalı Lim Si-hyun 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk dünya rekorduna imza atıb.
Aut.az xəbər verir ki, qadınların oxatma yarışında 21 yaşlı gənc mümkün 720 xaldan 694 xal toplayaraq 2019-cu ildə müəyyən edilmiş əvvəlki dünya rekordunu yeniləyib.
Bundan əvvəlki dünya rekordu onun həmyerlisi Kanq Çae Yonqa (692 xal) məxsus idi.
Qeyd edək ki, Fransa paytaxtında Olimpiadanın açılış mərasimi iyulun 26-da baş tutacaq.
Aut.az
