Rusiyalı idmançı 20 yaşında öldü
Rusiyalı konkisürən Anastasiya Sereda 20 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, Sereda Rusiyanın ən perspektivli gənc idmançılardan biri sayılırdı.
O, 15 yaşından beynəlxalq səviyyədə mükafatlar qazanıb və ölümündən iki ay əvvəl sonuncu qızıl medalına layiq görülüb.
İdmançının ölüm səbəbi kimi qriplə bağlı fəsadlar göstərilir.
Sankt-Peterburq Konkisürmə Federasiyasının nümayəndəsi Nikolay Tretyakov bildirib ki, idmançı, beynində fəsadlar yaradan A qripindən dünyasını dəyişib. Tretyakovun sözlərinə görə, Sereda bir aya yaxın komada olub.
Mərhumun anası Qalina Sereda qızının diaqnozunu təsdiqləyib və bildirib ki, onun dəfn mərasimi bazar ertəsi, yanvarın 8-i Saranskda olacaq.
Aut.az
