Atası bu kluba azarkeşlik edirmiş – FOTO
Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov 2020-ci ilin iyulunda dünyasını dəyişən atası Abdulmanapın hansı futbol klubunu dəstəklədiyini deyib.
“Atam Spartak-ın böyük azarkeşi idi”, – deyə Həbib sosial şəbəkədə yazıb.
Bir gün əvvəl Həbib Nurməhəmmədov Rusiya çempionatının 15-ci turu çərçivəsində “Spartak” – “Rostov” oyununu (2:1) tribunadan izləyib.
Moskva klubu titullu idmançıya MMA- da Həbibin qələbə seriyası şərəfinə “29-0” nömrəli köynək hədiyyə edib.

Aut.az
