Ona qarşı bir daha oynamaq üçün pul ödəyər
“Malyorka”nın və “Anje”nin keçmiş oyunçusu Abdul Kamara braziliyalı yarımmüdafiəçi Neymar haqda danışıb.
Aut.az xəbər verir ki, Abdula Neymara qarşı bir daha oynamaq istərdi.
“Neymar meydanda qarşı-qarşıya gəldiyim ən yaxşı oyunçudur. Biz onun özünü zərrə qədər də gərginləşdirmədiyini hiss etdik. Paltardəyişmə otağında hamı deyirdi: “Bu ilk 3-lükdür?” O, başqa səviyyədə idi, biz özümüzü ona həsəd aparan uşaqlar kimi hiss etdik. Matçın sonunda fikirləşdim: “Ona qarşı yenidən oynamaq üçün pul ödəyərəm”, – “r/soccer” Kamaranın sözlərindən sitat gətirib.
Neymar hazırda “Əl-Hilal”ın futbolçusudur. Ötən mövsüm 32 yaşlı futbolçu 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
