Millimiz Ermənistanı məğlub edib qrup lideri oldu
Aut.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub. Görüş millimizin 76-69 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Derin Berköz (18 xal, 5 asist ) seçilib.
Yığmamız bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.
