Paris-2024: Avstraliya yığmasının 5 üzvü koronavirusa yoluxdu
Avstraliya su polosu komandasının beş üzvü 2024-cü il Olimpiadası öncəsi koronavirusa yoluxub.
Aut.az xəbər verir ki, bu barədə RMC məlumat yayıb.
Komandanın qalan üzvlərinin, o cümlədən kişilərin yoluxmasının qarşısını almaq üçün tədbirlər görülüb. Avstraliyanın qadın üzgüçülük yığmasında 13 nəfər var. Onların olimpiya turnirinə iyulun 31-də Niderlanda qarşı oyunla başlaması planlaşdırılır.
Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Aut.az
