“Neftçi” bu futboçuya görə yarım milyon verir – FOTO
“Neftçi” “Trabzonspor”un futbolçusu Murat Cem Akpınarı transfer etmək istədiyi barədə məlumat vermişdik.
Aut.az xəbər verir ki, “ağ-qaralar” yarımmüdafiəçi üçün Qaradəniz təmsilçisi ilə təmasa keçib. Bakı klubu qarşı tərəfə 500 min dollar təklif edib. Bu barədə “61saat” nəşri məlumat yayıb.
25 yaşlı futbolçu ilə Türkiyənin “Antalyaspor”, “Sakaryaspor” və “Kocaelispor” klubları da maraqlanır.
Karyerası ərzində “Trabzonspor”, “Giresunspor”, “Sakaryaspor”, “Kocaelispor”da çıxış edən futbolçu ümumilikdə 150 oyunda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.
O, 2016-cı ildə U-17 və U-18 yığmalarımızın formasını geyinib. “Neftçi”yə transfer olunsa, yerli futbolçu statusunda oynayacaq.

